“Azərişıq” “Asan kommunal” vasitəsilə abunəçilərə göstərilən xidmətlərin sayını artıracaq

“Azərişıq” “Asan kommunal” vasitəsilə abunəçilərə göstərilən xidmətlərin sayını artıracaq Bakı. 25 yanvar. REPORT.AZ/ “Azərişıq” ASC “Asan kommunal” vasitəsilə abunəçilərə göstərilən xidmətlərin sayını artırmaq niyyətindədir”. 
Energetika
25 Yanvar , 2018 12:49
“Azərişıq” “Asan kommunal” vasitəsilə abunəçilərə göstərilən xidmətlərin sayını artıracaq
“Azərişıq” ASC-nin rəsmisi Elsevər Rüstəmov / Report/ Firi Salim

Bakı. 25 yanvar. REPORT.AZ/ “Azərişıq” ASC “Asan kommunal” vasitəsilə abunəçilərə göstərilən xidmətlərin sayını artırmaq niyyətindədir”. 

“Report” xəbər verir ki, bunu jurnalistlərə “Azərişığ”ın rəsmisi Elsevər Rüstəmov deyib.

E.Rüstəmov deyib ki, hazırda bu məsələ ilə bağlı qurum rəhbərliyinin qərar verməsi gözlənilir.

“Azərişıq” rəsmisi bir mənzilə ikinci abunəçi kodunun verilməsinin mümkünlüyünü də qeyd edib: “Əgər bir evdə, yaxud mənzildə iki ailə yaşayırsa və onlar ayrılıqda abunəçi kodu və sayğac istəyirsə o zaman əmlakın bölgüsü ilə bağlı notarial qaydada təsdiq edilmiş sənəd gətirməlidirlər. Bundan sonra biz həmin əmlaka ikinci sayğac quraşdırırıq”.

Xatırladaq ki, hazırda "Azərişıq" "Asan kommunal" vasitəsilə 10 xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi