“Azərişıq” ASC-də qurumun sədri Vüqar Əhmədovun iştirakı ilə 2019-cu ilin yekunlarına və 2020-ci ildə görüləcək işlərə, qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
"Report" xəbər verir ki, müşavirədə səhmdar cəmiyyətinin departament direktorları, idarə və şöbə rəisləri, habelə Regional Enerji Təchizatı və Satışı İdarələrinin rəhbərləri iştirak edib.
Çıxış edən V.Əhmədov diqqəti əvvəlcə rəhbərlik etdiyi qurumun 5 yaşının tamam olmasına yönəldib və son 5 ildə görülmüş işlər barədə danışıb: "10 fevral 2015-ci il tarixində Prezident
V.Əhmədov əlavə edib ki, regional şəbəkələrin yenidən qurulması və yeni texnoloji avadanlıqlarla təchiz olunması ilə bərabər onların idarə edilməsi, normativlərə əməl olunması, yeni kadr potensialının formalaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir: "Əsas vəzifəmiz prezidentin tapşırığına əsasən, ölkə ərazisində istehlakçıları keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etmək, dövlət başçısının etimadını yüksək səviyyədə doğrultmaqdır. Ötən 5 il deməyə əsas verir ki, biz bu yolda inamla irəli gedirik”.
Daha sonra Cəmiyyətin sədri qarşıda duran vəzifələrdən söz açıb, toplantı iştirakçılarına ayrı-ayrılıqda öz tövsiyə və tapşırıqlarını verib.
Xatırladaq ki, 2015-2019-cu illərdə Azərbaycanda 41 ədəd 110 kV-luq Yarımstansiyanın (YS), 110 ədəd 35 kV-luq YS-nın, 135 ədəd 10-6 kV-luq TM-in və 3 943 ədəd 10-6 kV-luq KTM-in tikintisini həyata keçirib. Bundan əlavə qeyd edilən dövrdə “Azərişıq” 35 505 km uzunluğunda müxtəlif gərginlikli Elektrik Veriliş Xətlərinin çəkilişini, 42 ədəd 110 kV-luq YS–nin, 258 ədəd 35 kV-luq YS-nin, 12 300 ədəd 10-6 kV-luq TM və KTM-lərin, 22 min km müxtəlif gərginlikli EVX-lərin təmirini və 590 yaşayış məntəqəsinin 0,4 kV-luq elektrik şəbəkələri tam yenidən qurulmasını həyata keçirib. Gücü 55 MVt təşkil edən Yeni Yaşma və Şurabad qəsəbələrində külək elektrik stansiyaları bərpa olunaraq elektrik şəbəkələrinə qoşulub.
Hazırda Bakı şəhəri, Binəqədi rayonunda 110/35/6 kV-luq 91 saylı, Ağsu rayonunda “Ağabəyli”, Quba rayonunda “Rustov”, İmişli rayonunda “Muğanlı” və “Aranlı”, Şamaxı rayonunda “İqamətgah” 35 kV-luq yarımstansiyaların tikintisi aparılır. 2020-ci ildə 77 kəndin 0,4 kV-luq elektrik şəbəkələrinin yenidənqurulması nəzərdə tutulur ki, hazırda 20 kənddə bu istiqamətdə işlər davam etdirilir. Hər region üzrə 5 ədəd 35 kV-luq yarımtansiyanın əsaslı təmir işlərinin aparılması planlaşdırılıb. 27 dağ kəndinin elektrik şəbəkələrinin yenidənqurulması üçün layihə işləri aparılır.