Bu ilin iyun ayından etibarən "Azərişıq" ASC-nin abunəçiləri smart kartların balansını mobil telefon vasitəsi ilə artıra biləcəklər.
Bunu "Report"a açıqlamasında qurumun Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bildirib.
Onun sözlərinə görə, bunun üçün abunəçilərə "card reader" adlı cihaz lazım olacaq: “Bu cihazdan istifadə etməklə mobil telefonla yanaşı, kompüterlər vasitəsi ilə də balansa ödəniş etmək mümkün olacaq”.
"Azərişıq" rəsmisi onu da deyib ki, yaxın vaxtlarda səhmdar cəmiyyətin yeni mobil tətbiqi vasitəsi ilə digər ödənişlər də həyata keçiriləcək: “Abunəçilər mobil nömrələrini "Azərişığ"ın mobil tətbiqində qeydiyyatdan keçirəcəklər. Bununla da kommunal və digər ödənişləri etmək mümkün olacaq. Hətta NFC sistemi vasitəsi ilə alış-veriş mərkəzlərində də ödənişlərin həyata keçirilməsi nəzərdə tutulub. Vəsaitlər isə mobil nömrənin balansından çıxılacaq".