“Azəriqaz”: Üç rayonda 108 min abonentin qaz təchizatının daha da yaxşılaşdırılmasına başlanılır

“Azəriqaz”: Üç rayonda 108 min abonentin qaz təchizatının daha da yaxşılaşdırılmasına başlanılır Bakı-Sumqayıt yolunun “Şamaxinka” adlanan ərazisindən və Biləcəri enişindən keçən diametri 530 mm olan orta təzyiqli 2 ədəd yeraltı qaz kəmərinin sürüşmə zonasında yerləşməsi və s. amillər nəzərə alınaraq istismara yararsız hissəsinin əsaslı təmir olunmasına zərurət yaranıb.
Energetika
26 İyul , 2019 17:54
“Azəriqaz”: Üç rayonda 108 min abonentin qaz təchizatının daha da yaxşılaşdırılmasına başlanılır
Azəriqaz / Report

Bakı-Sumqayıt yolunun “Şamaxinka” adlanan ərazisindən və Biləcəri enişindən keçən diametri 530 mm olan orta təzyiqli 2 ədəd yeraltı qaz kəmərinin sürüşmə zonasında yerləşməsi və s. amillər nəzərə alınaraq istismara yararsız hissəsinin əsaslı təmir olunmasına zərurət yaranıb.

“Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu böyük həcmli təmir işindən sonra Yasamal, Nəsimi və Binəqədi rayonlarında yaşayan, ümumilikdə, 108 min istehlakçının qaz təchizatı xeyli yaxşılaşacaq.

Haqqında danışılan qaz kəməri ötən əsrin 70-ci illərində istismara verilib, həmin yerdə avtomobil tunelinin tikintisi ilə əlaqədar 2004-cü ildə trayektoriyası dəyişdirilib. Ərazidə qazıntı işlərinin aparılmasına iyul ayının 29-da start veriləcək və bu barədə artıq Bakı şəhəri, Binəqədi, Nəsimi rayonları icra hakimiyyətləri, eləcə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyi də rəsmi şəkildə məlumatlandırılıb. 

Son xəbərlər

Orphus sistemi