"Azəriqaz” Sabirabad rayonunun kəndində “Açıq mikrofon” aksiyası keçirib

"Azəriqaz” Sabirabad rayonunun kəndində “Açıq mikrofon” aksiyası keçirib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin sayca 16-cı "Açıq mikrofon" aksiyası bu dəfə Sabirabad rayonunun Əliləmbəyli kəndində baş tutub.
Energetika
23 Sentyabr , 2021 16:58
Azəriqaz” Sabirabad rayonunun kəndində “Açıq mikrofon” aksiyası keçirib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin sayca 16-cı "Açıq mikrofon" aksiyası bu dəfə Sabirabad rayonunun Əliləmbəyli kəndində baş tutub.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, sakinlərin qaz təchizatı ilə bağlı üzləşdikləri problemləri dinləmək üçün "Səyyar qəbul otağı" onların ixtiyarında olub.

Kəndin sakinləri "Səyyar qəbul otağı"nın imkanlarından istifadə edərək problem və təkliflərini açıq şəkildə səsləndiriblər. Sakinlər alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu bildirərək təbii qazla təmin olunmalarını xahiş ediblər.

Aksiyaya rayonun millət vəkili Ramin Məmmədov və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının müavini Həsən Həsənov da qatılıb. Onlar da kənddə təbii qazın olmaması səbəbindən yerli sakinlərin qarşılaşdıqları çətinliklərdən söz açıblar. Səsləndirilən problem və təkliflər İstehsalat Birliyinin rəhbərliyinə çatdırılacaq və müvafiq qərar veriləcək.

İndiyə qədər təşkil olunan 15 aksiyanın ikisi tərəvəz istehsalı ilə məşğul olan istixana sahibləri ilə, digər 13-ü isə Bakı və Bakıətrafı qəsəbələrdə, həmçinin ayrı-ayrı regionlarda vətəndaşların iştirakı ilə keçirilib. Təşkil olunan aksiyaların hər biri müsbət istiqamətdə həllini tapıb. “Səyyar qəbul otaqları” mütəmadi olaraq təşkil olunacaq, problemlərin operativ həllinə xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi