"Azəriqaz" gömrükdə çətinliklərin həll olunmasını istəyib

"Azəriqaz" gömrükdə çətinliklərin həll olunmasını istəyib "Azəriqaz" gömrükdə çətinliklərin həll olunmasını istəyib
Energetika
16 İyul , 2020 17:25
Azəriqaz gömrükdə çətinliklərin həll olunmasını istəyib
Ceyhun Şıxəliyev

COVID-19 pandemiyası dövründə “Caspian European Club” tərəfindən daha bir tədbir keçirilib.

“Report”un “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Dövlət Gömrük Komitəsinin sədrinin müavini Cavad Qasımovun iştirakı ilə təşkil olunmuş ənənəvi aylıq “Online Round Table” çərçivəsində COVID-19 koronavirus pandemiyası dövründə sahibkarların Komitə ilə əməkdaşlığına dair sual və təkliflər müzakirə olunub.

Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun əməyin mühafizəsi  üzrə müavini Ceyhun Şıxəliyev və Satınalmaların təşkili şöbəsinin rəisi Ceyhun Məcidov təmsil ediblər. Müzakirələrdə Birlik tərəfindən xaricdən alınan mal-materialların ölkəyə daxil olması zamanı yaranan çətinliklər barədə məlumat verilərək onların həll olunması istiqamətində təkliflər səsləndirilib.

Ceyhun Məcidov
Ceyhun Məcidov

Son xəbərlər

Orphus sistemi