“Azəriqaz”ın İctimai Şurasına seçkilərə təmsilçilərin qeydiyyatı başa çatıb

“Azəriqaz”ın İctimai Şurasına seçkilərə təmsilçilərin qeydiyyatı başa çatıb Seçkilər aprelin 30-da qurumun inzibati binasında keçiriləcək
Energetika
26 Aprel , 2021 16:18
“Azəriqaz”ın İctimai Şurasına seçkilərə təmsilçilərin qeydiyyatı başa çatıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yanında yaradılacaq İctimai Şuraya keçiriləcək seçkilərdə səsvermə prosesində iştirak etmək üçün vətəndaş cəmiyyəti institutu təmsilçilərinin qeydiyyatı başa çatıb.

"Report" bu barədə "Azəriqaz"a istinadən xəbər verir.

Məlumata görə, vətəndaş cəmiyyəti institutları 70 nümayəndənin qeydiyyata alınmasını müvafiq olaraq seçki komissiyasına təqdim edib.

İctimai Şuraya üzvlüklə bağlı seçkilərə qatılan namizədlərin sayı 17 nəfərdir. Onlar barədə məlumatlar İstehsalat Birliyinin internet səhifəsində yerləşdirilib. Seçkilər aprelin 30-da qurumun inzibati binasında keçiriləcək. "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsi seçki prosesinin "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımının həyata keçirilməsini planlaşdırır.

Son xəbərlər

Orphus sistemi