“Azəriqaz”ın baş direktoru QHT və media nümayəndələrinin suallarını cavablandıracaq

“Azəriqaz”ın baş direktoru QHT və media nümayəndələrinin suallarını cavablandıracaq ​​​​​​​Sabah yanvarın 14-də, saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək
Energetika
13 Yanvar , 2022 12:10
“Azəriqaz”ın baş direktoru QHT və media nümayəndələrinin suallarını cavablandıracaq

Sabah yanvarın 14-də, saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Aksiya zamanı ilin yekunlarına dair vacib faktlar açıqlanacaq. 2022-ci ildə görüləcək işlərlə bağlı mühüm məlumatlar veriləcək. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

Son xəbərlər

Orphus sistemi