“Azəriqaz”da könüllü qanvermə aksiyası keçirilib

“Azəriqaz”da könüllü qanvermə aksiyası keçirilib Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş ''Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı'' Dövlət Proqramının icrası ilə bağlı, həmçinin, Heydər Əliyev Fondunun Talassemiyasız həyat naminə proqramı çərçivəsində reallaşdırılan və azyaşlı uşaqlara yardım məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü qanvermə aksiyasında “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları da yüksək fəallıqla iştirak ediblər.
Energetika
28 Noyabr , 2018 14:13
“Azəriqaz”da könüllü qanvermə aksiyası keçirilib
0 : 00
0 : 00

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş ''Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı'' Dövlət Proqramının icrası ilə bağlı, həmçinin, Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində reallaşdırılan və azyaşlı uşaqlara yardım məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü qanvermə aksiyasında “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları da yüksək fəallıqla iştirak ediblər.

“Azəriqaz”dan “Report”a verilən məlumata görə, müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi ilə keçirilən tədbirdə qan vermək istəyən qaz təsərrüfatı işçilərini Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları müayinə etdikdən sonra qanvermə aksiyasına başlayıb.

Aksiya iştirakçıları qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdıraraq, bu kimi aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər. Ümumilikdə, xeyriyyə aksiyasında 390 nəfər könüllü qan verib.

Qeyd edək ki, aksiya iştirakçılarından tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Son xəbərlər

Orphus sistemi