Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti
“Azəriqaz”dan “Report”a verilən məlumata görə, müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi ilə keçirilən tədbirdə qan vermək istəyən qaz təsərrüfatı işçilərini Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları müayinə etdikdən sonra qanvermə aksiyasına başlayıb.
Aksiya iştirakçıları qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdıraraq, bu kimi aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər. Ümumilikdə, xeyriyyə aksiyasında 390 nəfər könüllü qan verib.
Qeyd edək ki, aksiya iştirakçılarından tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.