Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə sentyabrın 28-30-da SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində maarifləndirici seminar-kurslar təşkil olunub.
Seminarlara dəvət olunmuş mütəxəssislər qarşısında çıxış edən TTSİ-nin rəisi Fuad Süleymanov bildirib ki, tədbirə 74 mütəxəssis cəlb olunub. Onlar müvafiq surətdə maarifləndirildikdən sonra imtahan verəcək, imtahanda uğur qazananlar 7 region üzrə kurslara təlimçi kimi göndəriləcəklər. Seminar müddətində mütəxəssislərə dərslərin keçilmə metodikası, tədris vəsaitlərinin hazırlanması, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, peşə etikası, qaz təsərrüfatının nəzəri əsasları və yeni standartların tətbiqi, təhlükəsizlik texnikası qaydaları və s. mövzular tədris olunacaq.
Qeyd edək ki, SOCAR-ın həyata keçirilən işlərin nəticəsi olaraq son illər ölkədə qazlaşdırmanın səviyyəsi yüksəlib, bu məqsədlə genişmiqyaslı tikinti-quraşdırma tədbirləri həyata keçirilib. Regionlarda qaz abonentlərinin sayı iki dəfə yarımdan çox artıb. Lakin istismar üzrə işçilərin sayı əvvəlki səviyyədə qalıb. Yeni kəmərlərin, avadanlıqların istismarı, yararsız boru xətlərinin əvəzlənməsi, fərdi həyətlərdən keçən qaz xətlərinin, quraşdırılmış sayğacların küçəyə çıxarılması, köhnə sayğacların dəyişdirilməsi və digər işlərin həyata keçirilməsi üzrə əlavə iş həcmlərinə uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyində 1 000 nəfərə yaxın işçi qüvvəsinə ehtiyac yaranıb. Bununla əlaqədar vakansiya elan olunub.