"Azəriqaz" bu il 1 600-dən çox abonenti cərimələyib

"Azəriqaz" bu il 1 600-dən çox abonenti cərimələyib Tərtib olunmuş həmin aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 381 min manat dəyərində dəymiş ziyan hesablanıb
Energetika
7 İyul , 2015 16:41
Azəriqaz bu il 1 600-dən çox abonenti cərimələyib

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, cari ilin yanvar-iyun aylarında Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə aparılmış yoxlamalar zamanı 1 602 əhali abonentinin, 23 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub. Tərtib olunmuş həmin aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 380,6 min manat dəyərində dəymiş ziyan hesablanıb.

“Azəriqaz” İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəyi açıqlanıb.

Son xəbərlər

Orphus sistemi