"Azəriqaz" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

"Azəriqaz" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək
Energetika
16 Mart , 2017 17:10
Azəriqaz bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Azəriqaz / Report

Bakı. 16 mart. REPORT.AZ/ SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı münasibəti ilə martın 18-dən 27-dək gücləndirilmiş rejimdə işləyəcək.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək: “Gün ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli Çağrı Mərkəzinin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində və Regional Qaz İstismar idarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını Novruz bayramı münasibəti ilə təbrik edir və Bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir”, - deyə Birliyin müraciətində qeyd olunub.

Son xəbərlər

Orphus sistemi