"Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

"Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək Bakı. 15 mart. REPORT.AZ/ SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı münasibətilə martın 20-dən 26-dək gücləndirilmiş iş rejimində işləyəcək.
Energetika
15 Mart , 2018 19:16
Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Bakı. 15 mart. REPORT.AZ/ SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı münasibətilə martın 20-dən 26-dək gücləndirilmiş iş rejimində işləyəcək.

Birlikdən "Report"a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə zəruri tədbirlər həyata keçiriləcək. 

Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz istismar sahəsində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını Novruz bayramı münasibətilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.

Son xəbərlər

Orphus sistemi