Bakı. 24 dekabr. REPORT.AZ/ Hazırda Bakı şəhəri üzrə istehlakçılarda cəmi 40 min ədəd mexaniki qaz sayğacı qalıb. Həmin sayğaclar da smart tipli sayğacla əvəz olunacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Bakı regional satış Departamenti balans və satış şöbəsinin rəisi Emin Şahkərimov "Report"a bildirib ki, bu istiqamətdə iş aparılır.
"Bakı şəhəri üzrə 840 min abunəçidən cəmi 40 mini smart tipli sayğacla təmin olunmayıb. Hazırda bu sayğacların dəyişdirilməsi istiqamətində iş aparılır. Burada ən böyük problem bir çox binada sayğacların evin içində olması və onların bloka çıxarılması üçün xüsusi işlər aparmaq lazım olmasıdır. Bu da müəyyən qədər vaxt aparır", - deyə şöbə rəisi əlavə edib.