“Azəriqaz” 182 yaşayış məntəqəsinə təbii qaz verib

“Azəriqaz” 182 yaşayış məntəqəsinə təbii qaz verib Hesabat dövründə 7,5 min km uzunluğunda yeni qaz kəmərləri çəkilib
Energetika
8 Noyabr , 2016 12:21
“Azəriqaz” 182 yaşayış məntəqəsinə təbii qaz verib

Bakı. 8 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 7 505,2 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb.

“Report” SOCAR-a istinadən xəbər verir ki, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 239,5 km uzunluğunda borularda əsaslı təmir işləri aparılıb: “Görülən tikinti-quraşdırma işləri nəticəsində 182 yaşayış məntəqəsi təbii qazla təmin edilib”.

Qeyd edək ki, bu işlər Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər) və Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2014-2016-cı illər) icrası çərçivəsində həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi