"Azərikimya" yaxın 4 ildə tam modernləşdiriləcək

"Azərikimya" yaxın 4 ildə tam modernləşdiriləcək Son 5 ildə əmək haqları 3 dəfə artırılıb
Energetika
30 Oktyabr , 2015 13:12
Azərikimya yaxın 4 ildə tam modernləşdiriləcək

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin 2015-2019-cu illərdə modernləşməsi proqramını həyata keçirir. "Report" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Sumqayıtda Azərbaycan kimya sənayesinin 70 illiyi ilə əlaqədar keçirilən tədbirdə qeyd edib. Onun sözlərinə görə, bu proqrama uyğun olaraq "Azərikimya"nın mövcud qurğularının tam modernləşdirilməsi həyata keçiriləcək.

"Bu modernləşdirmə Sumqayıt Kimya Parkında yaradılacaq yeni zavodların xammalla təminatı üçün vacibdir. Modernləşdirmə dövlət büdcəsinin dəstəyi ilə həyata keçiriləcək", - deyə şirkət rəhbəri qeyd edib. 

R.Abdullayev görülən işlərdən danışaraq bildirib ki, köhnə sənaye aradan qaldırılaraq yeni sənayenin inkişafına başlanılıb və proqrama uyğun olaraq qarşıda modernləşmə daxil olmaqla bir sıra işlər görüləcək. 

"Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev isə əlavə edib ki, Birlik SOCAR-ın tabeçiliyinə verildikdən sonra xammala qənaət edilib, məhsulun maya dəyəri azalaraq rentabellik yüksəlib: "Müasir standartlara cavab verməyən, şəhərin ekologiyasına ziyan vuran qurğuların fəaliyyəti dayandırılıb. Yeni qurğular qurulub. Son 5 ildə əmək haqları 3 dəfə artırılıb".

M.Babayev Sumqayıt Kimya Parkında yaradılan "SOCAR Polimer" zavodundan danışaraq qeyd edib ki, bu müəssisə növünə və miqyasına görə bu sahədə son 40 ildə həyata keçirilən ən böyük layihədir.

Son xəbərlər

Orphus sistemi