“Azərikimya” İB-də ictimaiyyətlə görüş keçiriləcək

“Azərikimya” İB-də ictimaiyyətlə görüş keçiriləcək Rəy və təkliflər yekun ƏMTQ sənədində nəzərə alınacaq
Energetika
9 Dekabr , 2016 20:11
“Azərikimya” İB-də ictimaiyyətlə görüş keçiriləcək

Bakı. 9 dekabr. REPORT.AZ/ SOCAR-ın “Azərikimya” İB maraqlı tərəfləri Etilen-polietilen zavodunun EP-300 qurğusunun modernizasiyası və istismarı üzrə “Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ)” sənədi ilə əlaqədar ictimai dinləməyə dəvət edir.

"Report"un SOCAR-a istinadən verdiyi məlumata görə, tədbir gələn il yanvarın 16-da, saat 11:00-da Sumqayıt şəhəri, “Azərikimya” İB-nin baş ofisinin Akt zalında keçiriləcək. Hazırlanmış ƏMTQ sənədi ilə tanış olmaq istəyənlər “Azərikimya” İB-nin baş ofisində Əməyin mühafizəsi, ekologiya və standartların idarə edilməsi şöbəsinə, Etilen-polietilen zavodunun Əməyin mühafizəsi və ekologiya kabinetinə, S.Vurğun adına Mərkəzi kitabxanaya, Dövlət Musiqili Dram teatrı və Tarix Muzeyinin yerləşdiyi ünvanlara müraciət edə bilərlər.

Dinləmələr zamanı mütəxəssislər tərəfindən layihənin texniki göstəriciləri, Etilen-polietilen zavodunda yenidənqurma və modernizasiya layihəsi çərçivəsində quraşdırılacaq avadanlıq və qurğular, layihə ərazisinin ilkin vəziyyəti, flora və fauna, tikinti və istismar dövründə proqnozlaşdırılan potensial təsirlər və onların yumşaldılması tədbirləri, alternativ variantlar, o cümlədən ekoloji monitorinq və ətraf mühitin idarə edilməsi planları barədə görüş iştirakçılarına məlumat veriləcək. Rəy və təkliflər yekun ƏMTQ sənədində nəzərə alınacaq. 

Maraqlananlar layihə üzrə əlaqələndirici şəxs - “Azərikimya” İB-nin Əməyin mühafizəsi, ekologiya və standartların idarə edilməsi şöbəsinin rəisi Oktay Tağıyev ilə (əlaqə telefonları: (+99412) 521 25 32 Mob: (+99450) 843 10 12 Faks: (+99412) 521 25 76) əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi