“Azərenerji” və “Azərişığ”ın SOCAR-a borcu tam ödənilib

“Azərenerji” və “Azərişığ”ın SOCAR-a borcu tam ödənilib Bakı. 5 mart. REPORT.AZ/ 2017-ci ildə “Azərenerji” ASC-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) olan borcunun ödənilməsi təmin edilib.
Energetika
5 Mart , 2018 14:42
“Azərenerji” və “Azərişığ”ın SOCAR-a borcu tam ödənilib

Bakı. 5 mart. REPORT.AZ/ 2017-ci ildə “Azərenerji” ASC-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) olan borcunun ödənilməsi təmin edilib.

"Report"un məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabata görə, həmçinin “Azərişıq” ASC-nin də “Azərenerji”yə borcu da tam həcmdə ödənilib. Bunu əsas səbəbi kimi, ötən il martın 14-də Nazirlər Kabinetinin 91 saylı qərarı ilə "Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası"nın təsdiq edilməsi göstərilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi