“Azərenerji”nin vitse-prezidentinin səhhətində problem yaranıb

“Azərenerji”nin vitse-prezidentinin səhhətində problem yaranıb Marlen Əsgərovun səhhətində yaranan problem onun yerimə qabiliyyətinin itirməsinə səbəb olub
Energetika
7 Oktyabr , 2017 09:53
“Azərenerji”nin vitse-prezidentinin səhhətində problem yaranıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Azərenerji" ASC-nin vitse-prezidenti Marlen Əsgərovun səhhətində problem yaranıb. "Report"a açıqlamasında səhhətində yaranan problemlərə aydınlıq gətirən Marlen Əsgərov hazırda müalicəsini rayonda ev şəraitində davam etdirdiyini deyib.

Məlumata görə, M.Əsgərovun səhhətində yaranan problem onun yerimə qabiliyyətinin itirməsinə səbəb olub. Bu səbəbdən yaxın günlərdə onun əməliyyat olunacağı gözlənilir.

Qeyd edək ki, ixtisasca mühəndis-elektrik olan M.Əsgərov 1936-cı il noyabrın 17-də anadan olub.

O 2005-ci ilin oktyabrından "Azərenerji" ASC-nin vitse-prezidentidir. 

Son xəbərlər

Orphus sistemi