Yuxarı
    Bağlamaq

    ​"Azərenerji" işçilərinə əməkhaqqı verməməsinin səbəblərini açıqlayıb

    Qurumun rəsmisi deyib ki, işçilərin əməkhaqlarının verilməsində yarana problemlər maliyyə çətinliyi ilə əlaqədardır

    Bakı. 16 oktyabr. REPORT.AZ/ "Azərenerji" ASC-də əməkhaqqı gecikənlər bir neçə günə maaşlarını tam alacaqlar. Bunu "Report"a "Azərenerji"nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyib.

    Ə.Baxşəliyev işçilərin əməkhaqlarının verilməsində yaranan problemlərin maliyyə çətinliyi ilə əlaqədar olduğunu bildirib: "Maliyyə çətinliyimiz var. Gələn həftə bütün əməkhaqqları tam ödəniləcək".

    Qeyd edək ki, "Azərenerji"nin əməkdaşları avqust ayından əməkhaqqı almırlar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi