"Azərenerji": Enerji təminatında yaranmış fasilə artıq aradan qaldırılıb - YENİLƏNİB

"Azərenerji": Enerji təminatında yaranmış fasilə artıq aradan qaldırılıb - YENİLƏNİB “Şimal” və “Sumqayıt” elektrik stansiyalarında istehsal prosesi məcburi olaraq dayandırılıb
Energetika
27 Dekabr , 2016 15:12
Azərenerji: Enerji təminatında yaranmış fasilə artıq aradan qaldırılıb - YENİLƏNİB

İlk xəbər saat 14:09-da verilib

Bakı. 27 dekabr. REPORT.AZ/ “Səngəçal qəsəbəsində qaz xəttində baş verən qəza ilə əlaqədar “Azərenerji” ASC-nin qazla işləyən iki elektrik stansiyasında – 400 MVt gücündə “Şimal” ES və 525 MVt gücündə “Sumqayıt” ES-da istehsal prosesi məcburi olaraq dayandırılıb". 

Bu barədə "Report"a" Azərenerji"nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada deyilir ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün işlər davam etdirilir: “Azərenerji” ASC-nin prezidentinin rəhbərliyilə həyata keçirilən operativ tədbirlər nəticəsində enerji sisteminin mövcud dayanıqlığı təmin edilib və qəzanın nəticələrinin genişlənməsinin qarşısı alınıb. İstehlakçılar üçün qısamüddətli məhdudiyyətin tətbiq edilməsinə baxmayaraq, bütün ehtiyat güclərin səfərbər edilməsi ilə tez bir zamanda yaranmış fasilə aradan qaldırılacaq”.

***

“Azərenerji”dən bildirilib ki, elektrik enerjisi sistemində yaranmış məhdudiyyət saat 14:20-də aradan qaldırılıb: "Sistemin dayanıqlığı təmin olunub və hazırda tam gücü ilə işləyir".

Son xəbərlər

Orphus sistemi