“AzərEnerji” elektrik enerjisinin istehsalını 7 %-dən çox azaldıb

Energetika
  • 14 iyun, 2024
  • 09:24
“AzərEnerji” elektrik enerjisinin istehsalını 7 %-dən çox azaldıb

Bu ilin yanvar-may aylarında “AzərEnerji” ASC üzrə 9 milyard 900,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin 2024-cü ilin yanvar-may ayları üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 766,8 milyon kVt/saat və ya 7,2 % azdır.

“AzərEnerji” tərəfindən istehsal edilən elektrik enerjisinin 8 milyard 789,5 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarında (İES), 1 milyard 111,1 milyon kVt/saat Su Elektrik Stansiyalarında (SES) qeydə alınıb.

Bu da 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə müvafiq olaraq 1 milyon 264,9 min kVt/saat (12,6 %) az və 488,1 milyon kVt/saat (1,8 dəfə) çoxdur.

Bu ilin ilk 5 ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 177,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 1,3 milyon kVt/saat və ya 0,73 % çoxdur.

Energetika Xidməti üzrə 2024-cü ilin yanvar-may aylarında İES-lərdə 73,9 milyon kVt/saat (- 32,1 %), SES-lərdə 79,2 milyon kVt/saat (+ 1,8 dəfə), Günəş Elektrik Stansiyalarında (GES) 24,2 milyon kVt/saat (+ 4,3) elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 19,2 milyon kVt/saat (- 5,4 %), müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 134,3 milyon kVt/saat (+10,9 %) elektrik enerjisi istehsal edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti