“Azərenerji” elektrik enerjisi ixracını 7 dəfə artırıb

“Azərenerji” elektrik enerjisi ixracını 7 dəfə artırıb Bu il şirkət 3,4 mln dollarlıq elektrik enerjisi ixrac edib
Energetika
18 Mart , 2017 14:52
“Azərenerji” elektrik enerjisi ixracını 7 dəfə artırıb

Bakı. 18 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 3 437,26 min ABŞ dolları dəyərində elektrik enerjisi satıb.

"Report" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2963,86 min dollar yaxud 7,3 dəfə çoxdur.

İlin ilk iki ayında ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 74 816,23 min kVt/saat elektrik enerjisi satılıb ki, bu da 2016-cı ilin yanvar-fevralına nisbətən 61 979,23 min kVt/saat yaxud 5,8 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycandan ümumi ixracın 0,21%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi