“Azərenerji” ASC “Fitch” ilə əməkdaşlığa xitam verib

“Azərenerji” ASC “Fitch” ilə əməkdaşlığa xitam verib ASC indiki halda “Fitch”lə əməkdaşlıqda effekt görmür
Energetika
8 Mart , 2018 09:42
“Azərenerji” ASC “Fitch” ilə əməkdaşlığa xitam verib
© Report/ Firi Salim — “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı

Bakı. 8 mart. REPORT.AZ/ “Azərenerji” ASC "Fitch" Beynəlxalq Reytinq Agentliyi ilə əməkdaşlığına xitam verib. Agentlik reytinqin geri çağırılmasının kommersiya məqsədləri ilə əlaqədar olduğunu açıqlayıb.

“Azərenerji”nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı “Report”a açıqlamasında faktı təsdiqləyib. 

Onun sözlərinə görə, təmsil etdiyi qurum indiki halda “Fitch”lə əməkdaşlıqda effekt görmür: “Biz "Fitch" Beynəlxalq Reytinq Agentliyi ilə müqaviləyə xitam vermişik. “Azərenerji”nin beynəlxalq təşkilatlarla uzunmüddətli əməkdaşlığı onun reytinqinin yüksəldilməsində özünü göstərib. Artıq monitorinq aparan bir neçə beynəlxalq təşkilatla işləməyi çox da effektiv hesab etmirik. Amma gələcəkdə əməkdaşlıq məsələlərinə yenidən baxmaq olar”.

Xatırladaq ki, hazırda “Azərenerji” yalnız “Standard&Poors” (S&P) Beynəlxalq Reytinq Agentliyi ilə əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi