"Rusiya və İraq neft hasilatını artırdığına görə, neftin qiyməti ucuzlaşmaqda davam edəcək, tələb təklifdən daha aşağı olacaq. Rusiya bunu qiymətin düşməsini kompensasiya etmək məqsədilə həyata keçirir. Lakin bu da kömək etməyəcək, çünki qiymət düşməkdə davam edəcək, bunu beynəlxalq ekspert təşkilatlarının rəyləri də göstərir", - deyə iqtisadçı deyib.
Onun sözlərinə görə, hazırda neftin qiyməti ilə bağlı hər hansı bir konkret proqnoz vermək çətindir: "Yalnız birinci rübün sonunda dəqiq proqnoz vermək olar".
O.Haqverdiyev qeyd edib ki, Azərbaycanın neftin qiymətinin aşağı olacağı təqdirdə böhrandan çıxmaq üçün müxtəlif variantları var: "2009-cu ildə dövlət büdcəsinin gəlirlərini 1,5 mlrd. manat kəsirlə icra olunmasına baxmayaraq, Azərbaycanda heç bir böhran olmadı. Hökumət sadəcə xərclərin strukturunu dəyişdirdi və özünün əsas maliyyə öhdəliklərini yerinə yetirərək sərmayə xərclərini azaltdı", - deyə ekspert əlavə edib.
İqtisadçı-ekspert xatırladıb ki, neftin qiyməti o zaman 37 dollar/barel səviyyəsinə qədər düşüb.