Yuxarı
    Bağlamaq

    İcraçı direktor: "MHŞT-nin növbəti iclasında Azərbaycanın statusunun bərpası məsələsi müzakirə ediləcək"

    Şahmar Mövsümov: Toplantı bu ilin oktyabr ayında keçiriləcək

    Bakı. 12 iyul. REPORT.AZ/ "Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) cari ilin oktyabr ayında növbəti iclası keçiriləcək". 

    "Report" xəbər verir ki, bunu Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə bildirib.

    "Həmin toplantıda Azərbaycanın statusunun bərpası məsələsinin müzakirə olunacağını güman edirəm", - deyə o, söyləyib. 

    Ş.Mövsümov, həmçinin avqustun əvvəllərində qiymətləndirmə missiyasının hesabatının açıqlanacağını da deyib: "İyulun 4-8-də MHŞT-nin qiymətləndirmə missiyası Bakıda idi. Həmin qrupun hesabatının gələn ay açıqlanacağı gözlənilir". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi