Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac artımının 64 %-ini SOCAR qarşılayıb

Energetika
  • 02 fevral, 2022
  • 09:32
Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac artımının 64 %-ini SOCAR qarşılayıb

2021-ci ildə ölkə üzrə qeyri-neft ixracı 870 milyon ABŞ dolları dəyərində artıb.

Bu barədə “Report” SOCAR-ın iqtisadi nailiyyətləri ilə bağlı açıqlanan məlumatlarına istinadən xəbər verir.

Bildirilir ki, qeyri-neft məhsulları üzrə ixrac artımının 64,4 %-i SOCAR tərəfindən qarşılanıb.

Qeyd edək ki, tərkibində 46 %-dən çox azot olan karbamid azot gübrələri içərisində ən keyfiyyətli və faydalı gübrə sayılır. Torpağa verilən hər ton azot əlavə olaraq 10-15 ton buğda, 30-40 ton şəkər çuğunduru, 2 ton kətan lifi almağa, habelə məhsulun keyfiyyətini daha da yaxşılaşdırmağa səbəb olur.

Qeyd edək ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

44 filmi