Azərbaycanın qaz ixracından gəliri 62% artıb

Azərbaycanın qaz ixracından gəliri 62% artıb Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 7 415 337,64 min kubmetr həcmində təbii qaz ixrac edib.
Energetika
16 Sentyabr , 2019 17:08
Azərbaycanın qaz ixracından gəliri 62% artıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 7 415 337,64 min kubmetr həcmində təbii qaz ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə təbii qazın dəyəri 1 421 244,97 mln. ABŞ dolları təşkil edib.

Bu ilin səkkiz ayında ixrac edilən təbii qazın həcmi ötən ilin müvafiq dövründən 60%, dəyəri isə 61,9% çox olub.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 10,51% olub.

Son xəbərlər

Orphus sistemi