Azərbaycanın qaz ixracı bir ildə 16%-dək artıb

Azərbaycanın qaz ixracı bir ildə 16%-dək artıb İxrac olunan qazın 82%-i Türkiyəyə göndərilib
Energetika
17 Oktyabr , 2020 16:16
Azərbaycanın qaz ixracı bir ildə 16%-dək artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın xaricə qaz satışı 9,6 mlrd kubmetr təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 9 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7% çoxdur.

Bu ilin 9 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,3% çox, yəni 7,9 mlrd kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,6 mlrd kubmetr olub.

Qeyd edək ki, Türkiyəyə təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. Gürcüstana isə Bakı-Tbilisi-Ərzurum və Qazıməmməd-Qazax kəmərləri vasitəsilə nəql olunur.

Son xəbərlər

Orphus sistemi