Yuxarı

Azərbaycanın "Qara Dəniz Terminalı" MMC ​Gürcüstana yardım ayırıb

Ayrılan yardım təbii fəlakət nəticəsində Tbilisi şəhərinin infrastrukturuna dəyən ziyanın aradan qaldırılmasına istifadə ediləcək

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Kulevidəki "Qara Dəniz Terminalı" MMC Gürcüstanda təbii fəlakət qurbanlarına 30 min lari yardım ayırıb. Bu barədə "Report"a SOCAR Kulevi terminalının PR meneceri İmran Ayvazov məlumat verib.

Məlumata görə, ayrılan yardım təbii fəlakət nəticəsində evsiz qalanların problemləri və Tbilisi şəhərinin infrastrukturuna dəyən ziyanın aradan qaldırılması üçün istifadə ediləcək.

Xatırladaq ki, bundan öncə "SOCAR Energy Georgia" zərər çəkmiş paytaxt sakinlərinə yardım üçün ilkin mərhələdə 50 min lari vəsait ayırmışdı. Bundan əlavə, Tbilisi meriyasının əhalinin sosial problemlərinin həlli ilə məşğul olan xidməti nəqliyyat 10 min litr yanacaqla təmin olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi