Azərbaycanın işğaldan azad olunmuş ərazilərində azı 20 enerjidoldurma məntəqəsi quraşdırılacaq

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində azı 20 enerjidoldurma məntəqəsi quraşdırılacaq Prezident İlham Əliyevin "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi" haqqında sərəncamına əsasən Bakı və ətraf ərazilərdə 77, əsas magistrallarda 70, işğaldan azad olunmuş bölgələrdə 20-dən az olmayaraq enerjidoldurma məntəq
Energetika
18 Oktyabr , 2024 10:38
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində azı 20 enerjidoldurma məntəqəsi quraşdırılacaq

Prezident İlham Əliyevin "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi" haqqında sərəncamına əsasən Bakı və ətraf ərazilərdə 77, əsas magistrallarda 70, işğaldan azad olunmuş bölgələrdə 20-dən az olmayaraq enerjidoldurma məntəqələrinin quraşdırılması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

Onun sözlərinə görə, bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Elektromobillik üzrə Milli Plan" açıqlanacaq: "Milli Planın iki əsas mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. 2024-2027-ci illəri əhatə edən birinci mərhələ ölkədə elektromobillik üçün baza infrastrukturunun inkişafını və onun fəaliyyətini təmin edən normativ-hüquqi çərçivənin hazırlanmasını ehtiva edir. İkinci mərhələ isə 2027-ci ildən sonrakı dövrdə elektromobilliyin və enerjidoldurma infrastrukturu bazarının inkişafına dövlətin dəstəyi ilə özəl sektorun cəlbini əks etdirir. Elektromobillikdən istifadənin genişləndirilməsi ilə əlaqədar olaraq "Energetika haqqında" və "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunlara düzəlişlər hazırda razılaşdırılır".

Son xəbərlər

Orphus sistemi