Azərbaycanın energetika nazirinin Almaniya səfəri 3 gün uzadılıb

Azərbaycanın energetika nazirinin Almaniya səfəri 3 gün uzadılıb İlkin proqrama əsasən, nazirin səfəri fevralın 22-də bitməli idi
Energetika
19 Fevral , 2016 14:25
Azərbaycanın energetika nazirinin Almaniya səfəri 3 gün uzadılıb

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyevin Almaniyaya işgüzar səfərinin müddəti fevralın 25-nə qədər uzadılıb. "Report"un məlumatına görə, səfərin müddətinin uzadılmasının səbəbi səfər çərçivəsində keçirilən görüşlərin çoxluğu ilə əlaqələndirilir.

İlkin proqrama əsasən, nazirin səfərinin fevralın 22-də bitməsi gözlənilirdi.

Qeyd edək ki, energetika naziri N.Əliyev Almaniyanın Xristian-Demokratlar Birliyi Partiyası İqtisadiyyat Şurasının təşkilatçılığı ilə Ətraf Mühit və Enerji üzrə “Avropada enerji transformasiyasının yenidən qurulması: Rəqabətli, təhlükəsiz, innovativ” mövzusuna həsr olunan 14-cü toplantısında iştirak etmək üçün fevralın 19-da Berlinə yola düşüb.

Xatırladaq ki, səfər Xristian-Demokratlar Birliyi Partiyası İqtisadiyyat Şurasının prezidenti Verner Bahlsen (Werner M.Bahlsen) və baş katibi Volfqanq Ştaygerin (Wolfgang Steiger) dəvəti, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi