​Azərbaycanın energetika naziri Maltada keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək

​Azərbaycanın energetika naziri Maltada keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək Toplantıda Aralıq dənizi hövzəsində müxtəlif problemlərin həlli yolları müzakirə olunacaq
Energetika
26 Aprel , 2016 09:04
​Azərbaycanın energetika naziri Maltada keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək

Bakı. 26 aprel. REPORT.AZ/ Aprelin 28-30-da Maltada “Aralıq dənizi liderlik sammiti” mövzusunda keçiriləcək tədbirdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək. Bu barədə “Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“The Economist” jurnalı və Malta hökumətinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Aralıq dənizi hövzəsində müxtəlif problemlərin həlli yollarının müzakirəsi aparılacaq. Bu toplantıda region ölkələrinin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.

Tədbirin ikinci günü Avropada Enerji Şəbəkəsi və Təchizatın Təhlükəsizliyi mövzusu çərçivəsində Avropanın enerji sektorunda yenilənmə, neft və qaz sektoru, Şimali Afrika və Şərqi Aralıq dənizi hövzəsində inkişaf, Şimali Afrika və Avropa arasında yeni enerji dəhlizinin açılması istiqamətləri üzrə müzakirələr aparılacaq.

Müzakirələrdə Avropa Komissiyasının nümayəndəsi Tudor Konstantinesku, Maltanın enerji və sağlamlıq naziri Konrad Mizzi və digər şəxslər iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi