Azərbaycanın energetika naziri ABŞ-a səfər edəcək

Energetika
  • 24 aprel, 2017
  • 11:38
Azərbaycanın energetika naziri ABŞ-a səfər edəcək
Report.az

Bakı. 24 aprel. REPORT.AZ/ Prezident İlham Əliyevin tapşırığına əsasən, bu il mayın 1-dən 4-dək ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək, neft-qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan “Dənizdə Texnologiyalar Konfransı”nda Azərbaycanın nümayəndə heyəti də iştirak edəcək. 

Energetika Nazirliyindən "Report"a verilən məlumata görə, nümayəndə heyətinə nazir Natiq Əliyev rəhbərlik edəcək. 

Onun konfransda Azərbaycanın neft-qaz sahəsində əldə etdiyi nailiyyətlər, Xəzərin enerji resursları, enerji mərkəzi kimi imkanları, dənizdə neft yataqlarının işlənməsində tətbiq edilən texnologiyalar barədə çıxışı nəzərdə tutulub.

120 ölkəni təmsil edən 2400-ə qədər iştirakçının qatılacağı bu tədbir dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə enerji mütəxəssislərinin fikir mübadiləsi apardıqları mühüm bir platforma, neft-qaz sənayesi üçün qlobal əhəmiyyətə malik konfrans kimi qiymətləndirilir.