Azərbaycanın elektrik enerjisi satışından gəliri 3 dəfə azalıb

Azərbaycanın elektrik enerjisi satışından gəliri 3 dəfə azalıb Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 90,8 mln. kVt/saat elektrik enerjisi ixrac edib
Energetika
18 Aprel , 2016 13:19
Azərbaycanın elektrik enerjisi satışından gəliri 3 dəfə azalıb

Bakı. 18 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart ayları ərzində Azərbaycandan sayğac göstəricilərinə əsasən 90 783,42 min kVt/saat elektrik enerjisi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1 093,80 min kVt/saat və ya 1,22% çoxdur.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə ixrac edilən elektrik enerjisinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 57 627,15 min kVt/saat və ya 56,68% (2,31 dəfə) azalaraq 44 043,34 min kVt/saata bərabər olub.

Komitədən bildirilib ki, hesabat dövründə xaricə həyata keçirilən elektrik enerjisi satışı 2 125,38 min ABŞ dolları dəyərində olub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 982,45 min dollar və ya 65,20% (2,87 dəfə) azdır.

Son xəbərlər

Orphus sistemi