Azərbaycanın bəzi rayonlarında 3 gün qaz olmayacaq
Energetika
- 06 iyun, 2023
- 08:29
Sabirabad və Hacıqabul rayonlarının bir hissəsinin, Ağsu rayonunun isə Padarqışlaq kəndinin 3 gün müddətində qaz təchizatında fasilə yaranacaq.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, 2023-cü ilin payız-qış mövsümündə Gürcüstana təbii qazın fasiləsiz ixrac edilməsi, qaz nəql sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli qaz kəmərində təmir-bərpa və yenidənqurma işləri aparılacaq.
İyunun 6-da saat 14:00-dan etibarən iyunun 8-nə qədər işlər başa çatanadək “Qarasu” və “Muğan” QPS-lərdən, həmçinin “Gilan Seramik” MMC qaz ölçü qovşağından qaz təchizatı dayandırılacaq.
Son xəbərlər
09:30
ING: "Azərbaycan neftin bahalaşmasından faydalanan əsas MDB ölkəsidir"
Maliyyə09:28
Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu keçiriləcək
Komanda09:26
Rusiya PUA-ları Rumıniyanın hava məkanına daxil olub
Digər ölkələr09:23
Video
Gəncədə qanunsuz inşa olunan tikili sökülüb
Hadisə09:23
Azərbaycan neftinin qiyməti 116 dollara yaxınlaşıb
Energetika09:09
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.04.2026)
Maliyyə09:09
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la, "Neftçi" "Zirə" ilə üz-üzə gələcək
Futbol09:07
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.04.2026)
Maliyyə09:05