Azərbaycanın Belarusa ixrac etdiyi neftin ümumi dəyəri açıqlanıb

Azərbaycanın Belarusa ixrac etdiyi neftin ümumi dəyəri açıqlanıb Ötən ilin yanvar-noyabr aylarında Belarusun idxal etdiyi neft qiymət nisbətində 43,5 % azalaraq 3,35 milyard ABŞ dolları təşkil edib
Energetika
15 Yanvar , 2021 12:55
Azərbaycanın Belarusa ixrac etdiyi neftin ümumi dəyəri açıqlanıb

2020-ci ilin yanvar-noyabr ayları ərzində Belarus Azərbaycandan ümumi dəyəri 210 milyon ABŞ dolları olan neft idxal edib.

“Report”un Belarus mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Statistika Komitəsi xəbər verir.

Statistikaya əsasən, ötən ilin yanvar-noyabr aylarında Belarusun idxal etdiyi neft qiymət nisbətində 43,5 % azalaraq 3,35 milyard ABŞ dolları təşkil edib. Təkcə noyabr ayında ölkəyə xam neft idxalı təqribən 458 milyon ABŞ dolları təşkil edib.

2020-ci ilin noyabr ayında Belarus Azərbaycandan ümumi dəyəri 25 miıyon ABŞ dolları təşkil edən xam neft idxal edib. Bu ilin yanvar-noyabr aylarında Belarus Rusiyadan 2,94 milyard ABŞ dollarlıq neft gətirib. Noyabr ayında bu rəqəm təxminən 440 milyon ABŞ dolları olub.

Bundan başqa, Belarus noyabr ayında Ukraynadan 15,9 milyon ABŞ dolları, Litvadan 72 milyon ABŞ dolları, Norveçdən 52,6 milyon ABŞ dolları, Səudiyyə Ərəbistanından 13,15 milyon ABŞ dolları və ABŞ-dan 51,7 milyon ABŞ dolları dəyərində neft əldə edib.

Qeyd edək ki, ötən ilin mart ayından “SOCAR Trading” Belarusun Mozır neftayırma zavoduna Supsa və Ceyhan limanları vasitəsilə neft tədarükünə başladı. İlin sonunadək bu ölkəyə 1 milyon tonadək “Azeri Light” və başqa marka neft dəniz yolu ilə çatdırılıb.

Bu müqavilə uzadılıb və cari ildə də həmin ünvana 1 milyon tonadək neft nəql etmək nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi