Belarusa çatacaq 94 min ton Azərbaycan neftini daşıyan tanker sentyabrın 24-də Ukraynanın Odessa şəhərinin limanına gələcək.
“Report” xəbər verir ki, bu barədə Belarusun “Belneftekhim” dövlət şirkətindən mətbuata bildiriblər.
Bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 26-27 avqust tarixində Türkiyənin Ceyhan limanından 93-94 ton neft yükünü Belarusa yola salacaqlarını bildirmişdi.
Bu ilin mart-aprel aylarında isə “SOCAR Trading” törəmə şirkəti tərəfindən Odessa limanı və Odessa-Brodı neft boru kəməri vasitəsilə Belarusa dörd dəfəyə 335 min tonadək neft göndərilib. Belarus tərəfinin məlumatına görə, bütövlükdə il ərzində Azərbaycandan 1 milyon tonadək neft ala bilərlər.
Qeyd edək ki, bu il Rusiya ilə neft idxalı məsələsində razılaşa bilməyən Belarus Azərbaycan, Səudiyyə Ərəbistanı, Norveç və ABŞ neftini də idxal edir.