Azərbaycanın Avropanın “yaşıl enerji” təchizatçısına çevrilməsinə dair Fəaliyyət Planı hazırlanacaq

Azərbaycanın Avropanın “yaşıl enerji” təchizatçısına çevrilməsinə dair Fəaliyyət Planı hazırlanacaq Azərbaycanın Avropanın “yaşıl enerji” təchizatçısına çevrilməsinə yönəldilən Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “Yaşıl enerji dəhlizi”nin yaradılmasına dair dördtərəfli Sazişin icrası üzrə Rəhbər Komitənin Buxarest görüşü mühüm nəticəl
Energetika
3 Sentyabr , 2024 15:15
Azərbaycanın Avropanın “yaşıl enerji” təchizatçısına çevrilməsinə dair Fəaliyyət Planı hazırlanacaq

Azərbaycanın Avropanın “yaşıl enerji” təchizatçısına çevrilməsinə yönəldilən Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “Yaşıl enerji dəhlizi”nin yaradılmasına dair dördtərəfli Sazişin icrası üzrə Rəhbər Komitənin Buxarest görüşü mühüm nəticələrlə yekunlaşıb.

“Report” xəbər verir ki, bunu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, səhmdarlar müqaviləsinin imzalanması ilə Buxarestdə birgə müəssisənin təsis edilməsinə nail olub: “Layihənin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) həyata keçirilməsinə məsul qurum kimi birgə müəssisə -Yaşıl Enerji Dəhlizi Enerji Şirkətinə liderliyin rotasiyaya əsaslanmasını, növbəti görüşədək Fəaliyyət Planının hazırlanmasını və proseslərin sürətləndirilməsini razılaşdırdıq. Həmçinin Fiber Optik Kabel Xətti ilə bağlı tapşırıqların, Bolqarıstanın inteqrasiyası üzrə məsələlərin TİƏ-yə daxil edilməsi barədə razılığa gəldik”, - deyə nazir bildirib.

P. Şahbazov qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) İqlim Liderlərinin Sammiti çərçivəsində layihəyə həsr olunmuş yüksək səviyyəli tədbir keiriləcək.

Son xəbərlər

Orphus sistemi