Azərbaycanın 2027-ci ilə qədər qeyri-neft-qaz gəlirlərini 22 %-dən çox artıracaq

Energetika
  • 21 sentyabr, 2023
  • 13:35
Azərbaycanın 2027-ci ilə qədər qeyri-neft-qaz gəlirlərini 22 %-dən çox artıracaq

2024-cü ildə Azərbaycanın qeyri-neft-qaz gəlirlərinin 17 milyard 009 milyon manat təşkil ediləcəyi proqnozlaşdırılır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 5,3 % çoxdur..

2025-ci ildə isə Azərbaycanın qeyri neft-qaz gəlirləri 17 milyard 935 milyon manat olması gözlənilir ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 5,4 % çoxdur.

2026-cı ildə isə ölkənin qeyri-neft-qaz gəlirlərinin 2025-ci ilin proqnozuna nisbətən 9,8 % artaraq 19 milyard 685,7 milyon manat təşkil edəcəyi gözlənilir.

2027-ci ildə isə Azərbaycanın qeyri-neft-qaz gəlirlərinin 20 milyard 843,5 milyon olacağı proqnozlaşdırılır ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 5,9 % çoxdur.

Bununla da 2027-ci ilə qədər Azərbaycanın qeyri-neft-qaz gəlirlərinin 22,5 % artması planlaşdırılır.