Azərbaycanın 2024-cü ildə dünya üzrə qaz hasilatındakı payı açıqlanıb
- 27 iyun, 2025
- 10:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycanda 37,8 milyard kubmetr qaz hasil edilib ki, bu da 2023-cü illə müqayisədə 5,9 % çoxdur.
“Report” “Energy Institute” tərəfindən hazırlanmış Dünya Enerjisinin Statistik İcmalına (Statistical Review of World Energy) istinadən xəbər verir ki, bu göstəriciyə məşəldə yandırılan və ya emal edilən qaz daxil deyil.
Statistik məlumatlara əsasən, ötən il dünya üzrə qaz hasilatında Azərbaycanın payı 0,9 % təşkil edib.
2024-cü ildə ölkədə 12,8 milyard kubmetr qaz (2023-cü ilin göstəricisi ilə müqayisədə 9,1 % azdır) istehlak edilib. Qlobal qaz istehlakında Azərbaycanın payı 0,3 % olub. Bu göstəriciyə maye qaz daxil deyil.
Ötən il Azərbaycandan Avropa İttifaqına 11,9 milyard kubmetr, ümumilikdə Avropa istiqamətində isə 24,4 milyard kubmetr qaz tədarük edilib.