Azərbaycanın 2 mlrd. ton neft kondensatı ehtiyatı var

Azərbaycanın 2 mlrd. ton neft kondensatı ehtiyatı var Xoşbəxt Yusifzadə: "Azərbaycanın qaz ehtiyatı 6 trln. kubmetrdir"
Energetika
4 İyun , 2015 09:40
Azərbaycanın 2 mlrd. ton neft kondensatı ehtiyatı var

Bakı. 4 iyun. REPORT.AZ/ Hazırda Azərbaycanın 2 mlrd. ton həcmində neft kondensatı ehtiyatı mövcuddur. "Report" xəbər verir ki, bunu bu gün Bakıda işini davam etdirən Xəzər neft-qaz beynəlxalq konfransında çıxış edən Azərbaycan dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

SOCAR rəsmisinin sözlərinə görə, bütün yataqların ehtiyatını hesabladıqda, neft ehtiyatının çox olduğunu görmək mümkündür: "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Araz-Alov-Şərq", "Asiman-Şəfəq" strukturlarının ehtiyatlarını hesabladıqda məlum olur ki, Azərbaycanın 6 trln. kubmetr qaz və 4 mlrd. ton neft kondenstı var".

X.Yusifzadə deyib ki, Azərbaycanda neftvermə əmsalının artırılmasının üç əsas yolu var: "Bunlardan birincisi, quruda olan yataqların yenidən işlənməsidir. Proqnozlara inansaq, quruda olan ehtiyatının təxminən 50%-ni heç hasil etməmişik. İkinci yol Mezozoy çöküntüləri ilə bağlıdır. Belə ki, bu çöküntülərdə işləməklə uğur əldə etmək olar. Hələ SSRİ dövründə müəyyən tədqiqatlar aparılıb. Biz "Total", "Statoi̇l" kimi şirkətlərlə bu sahədə əməkdaşlıq edirik. Nəhayət, sonuncu üsul neft hasilatında nanotexnologiyalardan istifadə etməkdir. Artıq bununla bağlı müəyyən işlər görmüşük. Bu proseslərə təsir edən bir amil də Elm Fondunun yaradılması olub".

Son xəbərlər

Orphus sistemi