Yuxarı
    Bağlamaq

    Azərbaycandan Türkiyəyə qaz nəqli 11% artıb

    Azərbaycan qazının Türkiyənin təbii qaz idxalında payı 16% təşkil edib

    Bakı. 26 avqust. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycandan Türkiyəyə 575,05 mln. kubmetr təbii qaz nəql edilib.

    “Report” Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDK) istinadən xəbər verir ki, Azərbaycan qazının Türkiyənin təbii qaz idxalında payı 15,93% təşkil edib.

    Bu ilin iyun ayında Türkiyəyə ixrac olunan Azərbaycan qazının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,77% artıb.

    İyunda Türkiyə ümumilikdə 3 609,89 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin iyunundan 13,76% çoxdur. Qaz idxalının 3 227,17 mln. kubmetrini (89,40%) boru kəmərləri ilə nəql olunan qaz, 382,72 mln. kubmetrini (10,60%) mayeləşdirilmiş təbii qaz (LNG) təşkil edib. Türkiyə hesabat ayında LNG idxalını 11,16% azaldıb, boru qazının idxalını isə 17,68% artırıb.

    İyun ayında Türkiyənin qaz idxalının 1 900,94 mln. kubmetri Rusiyadan, 86,74 mln. kubmetri Nigeriyadan, 133,41 mln. kubmetri Qətərdən, 751,18 mln. kubmetri İrandan, 162,56 mln. kubmetri Əlcəzairdən həyata keçirilib.

    Qeyd edək ki, 2001-ci ilin martında Azərbaycanla Türkiyə arasında imzalanan qaz alqı-satqısına dair sazişə əsasən, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının "Mərhələ-1" layihəsi çərçivəsində hasil olunan qaz Türkiyəyə ixrac edilir. Azərbaycandan Türkiyəyə qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz boru kəməri ilə nəql olunur. Azərbaycan qazı "Mərhələ-1" layihəsi çərçivəsində Türkiyə bazarına 2007-ci ildə daxil olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi