Azərbaycandan TAP ilə Avropaya 15 milyard kubmetrdən çox qaz nəql edilib

Azərbaycandan TAP ilə Avropaya 15 milyard kubmetrdən çox qaz nəql edilib Azərbaycan təbii qazını Avropaya çatdırılmasını həyata keçirən Trans-Adriatik Boru Kəməri (TAP) istismara veriləndən Avropaya 15 milyard kubmetrdən çox təbii qaz nəql edilib.
Energetika
23 Avqust , 2022 15:15
Azərbaycandan TAP ilə Avropaya 15 milyard kubmetrdən çox qaz nəql edilib

Azərbaycan təbii qazını Avropaya çatdırılmasını həyata keçirən Trans-Adriatik Boru Kəməri (TAP) istismara veriləndən Avropaya 15 milyard kubmetrdən çox təbii qaz nəql edilib.

Bu barədə “Report” TAP konsorsiumunun "Twitter" hesabına istinadən məlumat verir.

Məlumatda deyilib ki, TAP boru kəməri ilə ilk qaz nəqlinə başlanılan 31 dekabr 2020-ci il tarixindən bəri Avropaya 15 milyard kubmetrdən çox qaz nəql edib.

Bildirilir ki, bu, Avropanın enerji təhlükəsizliyinə töhfə verib.

Qeyd edək ki, Azərbaycan təbii qazını Avropaya nəql edən TAP son bir neçə gündə maksimum ötürmə gücünə çatıb. Söhbət sutkada 33 milyon kubmetr həcmində təbii qazın ötürülməsindən gedir ki, bu da illik orta hesabla təqribən 12 milyard kubmetr qaz deməkdir. Bu həcmlərin 10,5 milyard kubmetri İtaliyaya nəql ediləcək. Uzunmüddətli məqsəd boru kəmərinin ötürmə qabiliyyətini iki dəfə artırmaqdır.

TAP-ın tikinsinə 2020-ci ilin oktyabr ayında yekun vurulub. Onun ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliyanın cənubundan keçir. Qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması, ildə 20 milyard kubmetrə qədər çatdırılması planlaşdırılır.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Son xəbərlər

Orphus sistemi