Yuxarı

Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı azalıb

Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstana 26 mln. 711,4 min dollar dəyərində elektrik enerjisi ixrac edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri 153, 8 min dollar və ya 0,5% azdır.

Ötən ilin eyni dövründə Gürcüstan Azərbaycandan 26 mln. 865,2 min dollar dəyərində elektrik enerjisi alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi