Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı artıb

Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı artıb Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstana 26 mln. 261,8 min dollar dəyərində elektrik enerjisi ixrac edib.
Energetika
20 May , 2019 11:28
Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstana 26 mln. 261,8 min dollar dəyərində elektrik enerjisi ixrac edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi elektrik enerjisi məbləğ baxımından 1 mln. 396,3 min dollar və ya 5,6% çoxdur.

Ötən ilin analoji dövründə Gürcüstan Azərbaycandan 24 mln. 865,5 min dollar dəyərində elektrik enerjisi alıb. 

Son xəbərlər

Orphus sistemi