Yuxarı

​Azərbaycanda yeni "SOCAR" yanacaqdoldurma məntəqəsi açılıb

Yanacaqdoldurma məntəqələrinin hər birində orta hesabla 60 nəfər işçi çalışır

Bakı. 8 iyul. REPORT.AZ/ Hacıqabul rayonu, Pirsaat qəsəbəsində "SOCAR" brendi altında yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

"Report" “SOCAR Petroleum” QSC-yə istinadən xəbər verir ki, sayca 21-ci olan bu YDM-də POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı qurğular, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq edilib.

Yeni YDM-in açılışında “SOCAR Petroleum”un baş direktoru Toğrul Seyidov iştirak edib. Baş direktor bir neçə il əvvəl ölkə Prezidenti İlham Əliyevin yeni iş yerlərinin yaradılması ilə bağlı söylədiyi sözləri xüsusilə vurğulayıb: “Yeni iş yerlərinin açılması daimi proses olmalıdır və açılan yeni iş yerləri əhalinin sosial təminatını gücləndirməklə yanaşı, ölkənin iqtisadi inkişafını sürətləndirməlidir”.

O qeyd edib ki, bu prinsiplərə dayanaraq Azərbaycan ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsi aktiv şəkildə genişlənir və hazırda həmin məntəqələrin hər birində orta hesabla 60 nəfər işçi çalışır.

Açılış mərasimində tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şəraitlə, eyni zamanda YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi