Azərbaycanda "yaşıl güc"lərin ümumi enerji sistemində payı 2030-cu ilədək hədəfi üstələyəcək
- 22 noyabr, 2023
- 07:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istehsal olunan güc 1 688 MVt təşkil edir ki, bu da ümumi gücün təqribən 20 %-nə bərabərdir.
"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev bu gün Bakıda "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda keçirilən SPECA 2023 İqtisadi Forumunda deyib.
O bildirib ki, bu göstəricinin 2030-cu ilə qədər 30 %-dək artırılması planlaşdırılır: "2027-ci ilin sonunadək 1 870 MVt həcmində "yaşıl güc"lərin ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində bərpa olunan enerjinin payının götürdüyümüz hədəfdən, yəni 30 %-dən 33 %-ə çatması gözlənilir. Bu məqsədlərə nail olmaq üçün ölkənin energetika sektorunda islahatlar aparılır".