Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 783 min barrel olub

Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 783 min barrel olub Bakı. 10 noyabr. REPORT.AZ/ Energetika Nazirliyi oktyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Energetika
10 Noyabr , 2018 09:52
Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 783 min barrel olub

Bakı. 10 noyabr. REPORT.AZ/ Energetika Nazirliyi oktyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

“Report”a nazirlikdən verilən məlumata görə, Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 783 min barrel olub. Bunun 717 min barrelini xam neft, 66 min barrelini kondensat təşkil edib. Gündəlik 627 min barrel xam neft, 66 min barrel kondensat, 4 min barrel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında 792 min barrel, iyul ayında 773 min barrel, avqust ayında 774 min barrel, sentyabr ayında isə 796 min barrel olub.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 mln.barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

Son xəbərlər

Orphus sistemi